Bazar , Sentyabr 20 2026
azfa

Almaniya İranın ölkədəki bütün konsulluqlarını bağlayır

GADTB: ZDF saytı yazır ki, Almaniya hökuməti öz ərazisindəki bütün İran baş konsulluqlarını bağlamaq qərarına gəlib.

Mənbənin sözlərinə görə, söhbət Frankfurt-Mayn, Hamburq və Münhendəki diplomatik nümayəndəliklərdən gedir.

İranın Berlindəki səfirliyi fəaliyyətini davam etdirəcək.

Almaniyanın bu qərarı İran və Almaniya vətəndaşlığı olan Cəmşid Şarməhdin İranda edam edilməsinə reaksiyadır.

Habelə Almaniyanın xarici işlər naziri Baerbok Aİ-ni SEPAH-ı terror təşkilatları siyahısına əlavə etməyə çağırıb./ Azad İran

Həmçinin yoxlayın

Azərbaycanlı idmanşı qız Eylin Zamani çempion oldu- Video

GADTB: Cənubi Azərbaycanın Təbriz şəhərindən olan idmançı qız Eylin Zamani böyük güclə meydana çıxaraq mübarizə …

Əhərdə Şeyx Şəhabəddin Əhəri tarixi türbəsinin ərazisində yeni tikinti türbəyə zərər yetirir

GADTB: Əhər rayonunda yerləşən Şeyx Şəhabəddin Əhəri türbəsinin ərazisində yeni tikinti işlərinin aparıldığını əks etdirən …