Cümə , Sentyabr 25 2026
azfa

ABŞ və Türkiyə üçün mühüm görüş

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 4-də Menbiçin yol xəritəsi ilə bağlı ABŞ rəsmiləri ilə görüşlər olacaq. Bu sözləri Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül deyib.

“Bu mövzu ilə bağlı bütün proseslər diqqətlə izlənilir. Təhlükəsizlik Şurasında bu məsələ müzakirə olundu. ABŞ ilə qarşılıqlı mənafelərin qorunması mövzusunda gərəkli addımların atılacağını düşünürük. Bu, Suriya məsələsinin həll yoluna qovuşmasında bir mərhələ olacaq”, – deyə nazir bildirib.

Qeyd edək ki, ABŞ-ın YPG/PKK terror təşkilatından uzaqlaşması və Türkiyə ilə Suriya məsələsində maraqlarını uzlaşdıracağı barədə məlumat yayılıb.

 

Həmçinin yoxlayın

Güney Azərbaycanın “Traxtur” komandasının reytinqi daha da yüksəlib

GADTB: “Traxtur” futbol komandası dünya reytinqində 30 pillə irəliləyərək dünyada 211-ci yerə yüksəlib. “FootballDatabase” saytının …

80 ölkə Hörmüz boğazının dərhal açılmasını tələb edib

GADTB: Təxminən 80 ölkə cümə axşamı, sentyabrın 24-də yaydığı birgə bəyanatda Hörmüz boğazının dərhal və …

Bir cavab yazın