Suriyada PKK/YPG terrorçuları TRT-nin komandasına hücum edib

GADTB: Terror təşkilatı PKK/YPG Suriyaya ezam olunmuş “TRT Haber” komandasına kamikadze pilotsuz uçan aparatla hücum edib.

Yayılan məlumata görə, Suriyada Əsəd rejimini devirən müxaliflər rejimin süqutunu rəsmən elan etdikdən sonra Mənbicdə əməliyyat keçirib. Terror təşkilatı PKK/YPG-nin nəzarətində olan Mənbicdə keçirilən əməliyyat uğurla nəticələnib.

TRT komandası bu hadisələri yerində işıqlandırmaq üçün Mənbicdə canlı yayım edərkən PKK/YPG-nin hədəfinə çevrilib. Hücum zamanı komandanın avtomobilinə ciddi ziyan dəyərkən, komanda üzvlərinin hücumdan yüngül xəsarətlərlə xilas olduğu bildirilib.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …