Cümə axşamı , May 14 2026
azfa

İran İsrailin Avropada hədəflərinə hücumda uşaqları işə cəlb edir

GADTB: Blombergin yaydığı məlumata görə, İran İsrailin Avropada hədəflərinə hücumda uşaqları işə cəlb edir.

Belə ki, oktyabr ayında İsveçin Göteborq şəhərində İsrailin ən böyük müdafiə şirkəti Elbit Systems-ə məxsus obyektin yaxınlığında baş verən atışmada 13 və 16 yaşlı iki yeniyetmə iştirak edib.

Müstəntiqlər qeyd edirlər ki, İran azyaşlıları Avropa ölkələrində İsrail hədəflərinə hücum üçün cəlb və istifadə edib.

Həmçinin may ayında İsrailin Belçikadakı səfirliyinə hücumda 14 yaşlı bir yeniyetmə də var idi. Qeyd olunur ki, İranın molla rejimi potensial muzdlularla TikTok, Whatsapp və Telegram vasitəsilə əlaqə saxlayırlar. Onlara terror hücumlarına görə minimum 1560 dollar təklif edilir.

Həmçinin yoxlayın

Paşinyandan İranda 35 milyon türkün olmasına etiraf

GADTB: Dünən Ermənistanın baş naziri Nikol Paşinyan seçkiqabağı təbliğat kampaniyası çərçivəsində çıxışında rəqiblərini və radikal …

Rejimin rəsmiləri Urmiya gölünə xaricdən verilən vəsaitləri mənimsəyib

GADTB: Rza Kianianın Urmiya gölünün xilası üçün 3 milyon dollar vəsait alması ilə bağlı yayılan …