Bazar ertəsi , Noyabr 16 2026
azfa

Urmiyaya yeni bələdiyyə başçısı seçildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mühacir kürdlərin göz tikdiyi Güney Azərbaycanın Urmiya şəhərinə yeni bələdiyyə başçısı seçilib.

Aydın Rəhmani Rzaiyyə, Şəhər Şurasının keçirilən açıq iclasında səsvermə yolu ilə yeni vəzifəyə seçilib.

Məlumata görə, səsvermə zamanı 10 səs onun lehinə, 1 səs isə tərəfsiz olub.

Onun rəqibi Rza Cavankiya səsvermədən öncə namizədliyini geri götürüb.

Yeni mer bundan əvvəl Qərbi Azərbaycan valiliyinində müavin, yol və nəqliyyatı nazirinin müavini və Qərbi Azərbaycan Qılıncoynatma Heyətinin rəhbəri vəzifələrində çalışıb.

Qeyd edək ki, Urmiyada miliyyətcə kürd olan bələdiyyə başçısı Hüseyn Mehdizadə yanvarın 21-də istefa məktubunu Şəhər Şurasına göndərmişdi.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …