Cümə , Oktyabr 16 2026
azfa

Fəallar Təbrizdə mazut yandırılması və havanın çirklənməsinə qarşı etiraz banneri quraşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə və bir çox əyalətlərdə havanın çirklənməsi böhranı kritik həddə çatıb. Təbrizli fəallar bir divara etiraz pankartı asaraq hökumətin ətraf mühitin idarə edilməsində səmərəsizliyini pisləyiblər.

Onları Təbrizdə elektrik stabsiyasında qaz yerinə mazut yandırmaqla havanı çirkləndirməsinə etiraz ediblər.

Həmin bannerdə elektrik stabsiyasında dizel yanacağının yandırılması, keyfiyyətsiz avtomobillərdən istifadə, vətəndaşların sağlamlığına etinasızlıq kimi problemlərə işarə edir. Fəallar bu hərəkəti ilə səriştəsiz məmurlara açıq mesaj verdi: ətraf mühiti və insanların sağlamlığını qorumaq iqtidarında olmayan hökumət ölkəni idarə etməyə yaraşmaz.

VİDEO:

https://t.me/GADTB1/40247

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …