Cümə axşamı , May 7 2026
azfa

Molla rejimi azərbaycanlı fəal Əlirza Fərşini məhkəməyə çağırdı

GADTB: irqçi fars-molla rejimi azərbaycanlı fəal Əlirza Fərşini məhkəməyə çağırıb.

Əlirza Fərşi, 5 fevral 2025-ci il tarixində şəxsi İnstagram səhifəsində, sonuncu məhkəmə işinin qərarını paylaşaraq, baş verən hüquqi məsələləri açıqlaıb.

Bununla bağlı Fərşi Bahəristan şəhəri Baş Prokurorluğunun birinci müstəntiqi tərəfindən göndərimiş çağırış qərarını yayıb.

Bahəristan şəhəri Baş Prokurorluğu tərəfindən verilmiş qərarda belə qeyd olunub:

“Hazırda azadlıqda olan Əlirza Fərşi Dizəcikan (Bəhmən oğlu) İslam Respublikasına qarşı təbliğat aparmaqla bağlı ittiham olunur. Baharistan rayonunun Kəşfiyyat İdarəsinin hesabatı əsasında, məhkəmə araşdırması başlayıb. Təqsirinin sübuta yetirildiyi bildirilir və buna əsasən, cinayət işinin davam etdirilməsi qərarı verilib.”

Əlirza Fərşi İnstagram səhifəsində bununla bağlı yazıb:

“Bir ildən artıqdır ki, mən Marənd şəhərində yaşadığımı bildirirəm və Cinayət Prosessual Qanunu nəzərə alaraq, əgər mənə qarşı ittiham varsa belə, Baharistan şəhərində və mənim heç bir əlaqəm olmayan bu ərazidə bu ittihama baxmaq hüququnuz yoxdur. 2019-cu ildən bəri oraya heç bir səlahiyyətli şəkildə getmədim, amma hələ də 700 km-dən çox məsafədə olan bir şəhərdə mühakimə ediləcəyəm.”

Qeyd edək ki, Əlirza Fərşi 19 fevral 2023-cü il tarixində, 4 il həbs cəzasının 3 il 3 ayını çəkdikdən sonra Evin həbsxanasından azad edilib.

Həmçinin azərbaycanlı fəal 13 iyun 2024-cü il tarixində, 2 illik sürgün hökmü ilə bağlı yazmış və bildirib ki, bu hökmə tabe olmamış, Xuzistanın Bağməlik şəhərinə qayıtmayacaq. Azərbaycanlı fəal universitet müəllimi olub və mədəni fəaliyyətlərinə görə universitetdən xaric edilib.

Həmçinin yoxlayın

İran yaxın həftələrdə neft saxlama imkanlarını itirə bilər

GADTB: İran Neft Nazirliyinin bir rəsmisi “The New York Times” qəzetinə bildirib ki, ölkə qarşıdakı …

Tramp: Papanın razı olub-olmamasından asılı olmayaraq, İran rejiminin nüvə silahına sahib olmaq haqqı yoxdur

GADTB: ABŞ prezidenti Donald Trump jurnalistin Roma Papası ilə bağlı sualını cavablandırarkən İranın nüvə silahı …