Çərşənbə , Sentyabr 23 2026
azfa

İsrailin F-35-lər İran adlanan ölkəyə girib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkənin rəhbəri Əli Xamenei Hava Hücumundan Müdafiə Qüvvələri komandanı Fərzad İsmailini vəzifədən kənarlaşdırıb. Bu barədə Küveytin “Əl-Jəridə” qəzeti məlumat yayıb.

Xameneinin bu qərarı almasına səbəb kimi İranın hava sahəsinə daxil olan İsrailə məxsus F-35 qırıcısının, Tehran başda olmaqla, bir sıra iri şəhərlər üzərində uçuş həyata keçirməsi göstərilib.

Qeyd edək ki, İsrailə məxsus F-35 qırıcılarının Tehran, İsfahan, Şiraz kimi şəhərlər üzərində uçuş həyata keçirməsi ilə qırıcıların görünməz olma qabiliyyəti ilk dəfə real şəraitdə sınaqdan keçirilib.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …

Bir cavab yazın