“Təbriz, Bakı, Ankara” video kampaniyasına start verilib

GADTB: Güney Azərbaycanda və İran adlanana yerdə türklərə dəstək məqsədilə “Təbriz, Bakı, Ankara” video kampaniyasına start verilib.

İsrailin İran hərbi mərkəzlərinə son hücumları və türk bölgələrində təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlıqların artmasının ardınca sosial mediada “Təbriz, Bakı, Ankara” adlı kampaniya başlayıb.

Quzey Azərbaycan və Türkiyə vətəndaşlarının başlatdığı bu kampaniyada istifadəçilər qısa videolar çəkərək Güney Azərbaycan türklərinə mənəvi dəstək olduqlarını bildirirlər. Bu videoların əsas mövzusu İran və ya İsrailə qarşı hər hansı qərəzi rədd etmək və İranın müxtəlif bölgələrində türk xalqları ilə həmrəylik ifadə etməkdir.

Yayımlanan videolarda türklərin milli birliyinə vurğu ilə yanaşı, mövcud böhranın səbəbləri, o cümlədən İran rejiminin düşmən siyasəti, kürd terror qruplaşmalarına dəstəyi, nüvə proqramları, daxili repressiyalarla bağlı mesajlar yer alır.

Bu kampaniya kiberməkanda #TebrizBaküAnkara heşteqi ilə yayılır.

Təhlilçilər hesab edirlər ki, bu cür addımlar İranda yaşayan türklərin durumuna regional ictimaiyyətin diqqətinin artırılmasında mühüm rol oynaya bilər.

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …