İsrailin Baş Qərargah rəisi: İsrail İranla uzunmüddətli və çoxsahəli mübarizəyə hazırlaşmalıdır

GADTB: İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir bəyan edib ki, İsrail uzunmüddətli və çoxsahəli mübarizəyə hazırlaşmalıdır.

O, İranla mübarizənin hələ başa çatmadığını vurğulayaraq, Suriyada İrana bağlı hədəflərə, eləcə də Livanda “Hizbullah”a qarşı əməliyyatların davam etdiriləcəyini bildirib.

Zamir Qəzza müharibəsini İsrailin indiyədək üzləşdiyi ən mürəkkəb münaqişələrdən biri adlandırıb və ordunun itkilər verdiyini etiraf edib.

“İsrail ordusu bir neçə cəbhədə hücum əməliyyatları həyata keçirməlidir. Hava üstünlüyümüzü və kəşfiyyat imkanlarımızı daha da gücləndirəcəyik”, – deyə Baş Qərargah rəisi vurğulayıb.

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …