Cümə axşamı , Oktyabr 15 2026
azfa

Azərbaycanlı mili fəallar molla rejimin həbs etdiyi Yılmaz Mehrəlibəylini dəstəkləyiblər

GADTB: bir qrup azərbaycanlı milli fəal molla rejimin həbs etdiyi azərbaycanlı fəal Yılmaz Mehrəlibəylini dəstəkləyiblər.

Onlar Azərbaycan hüquq müdafiə təşkilatlarına mesajlarında, azərbaycanlı fəalı dəstəklədiklərini və Azərbaycan xalqının hüquqları uğrunda mübarizənin davam etdiriləcəyini vurğulayıblar.

Azərbaycanlı fəallar qeyd ediblər ki, Yılmaz Mehrəlibəyli  illərdir kimliyi, dili, insan haqları uğrunda mübarizə aparan bir millətin iradəsinin simvoludur. Onların fikrincə, İslam Respublikası repressiya və hədə-qorxu ilə Azərbaycan millətinin haqq səsini susdura bilməyəcək və bu səs hər gün daha da ucadan eşidiləcək.

Fəalların mesajında deyilir: “Yılmaz və azadlıq döyüşçülərini susmağa məcbur etmək mümkün olmayacaq. Bu təzyiqlər bizi yolumuza davam etməkdə daha da əzmkar və inadkar edəcək”.

Azərbaycanlı fəallar həmçinin beynəlxalq qurumları və insan haqları təşkilatlarını bu repressiyalar qarşısında səssiz qalmamağa, İslam Respublikasını Yılmaz Mehrəlibəyli və digər türk siyasi məhbuslarını qeyd-şərtsiz azad etməyə məcbur etmək üçün dəstək göstərmələrini istəyiblər.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …