Çərşənbə , Oktyabr 14 2026
azfa

İranın Ermənistandakı səfiri yenidən Zəngəzuru qırmızı xətt adlandırdı

GADtB: İranın Ermənistandakı səfiri Mehdi Sübhani “Euromedia 24” telekanalına müsahibəsində yenidən Zəngəzuru qırmızı xətt adlandırıb.

Sübhani Zəngəzur dəhlizi ilə bağlı növbəti dəfə İranın “qəti mövqeyini” xatırladıb.

O, bildirib ki, İran üçün “Sünik bölgəsində” (Zəngəzur) sərhədlərin dəyişdirilməsi və yolun xarici – xüsusilə Amerika şirkətlərinə icarəyə verilməsi “qırmızı xətt”dir və bu məsələ İranı ciddi şəkildə narahat edir.

Molla rejimin səfiri qeyd edib ki, Ermənistan hökuməti bu mövzuda Amerika şirkətinə yolun verilməsi təklifini rədd edib. İran bu mövqeyi tam dəstəklədiyini vurğulayıb.

Səfirin sözlərinə görə, İran prezidenti Məsud Pezeşkian 2025-ci ilin yayında Ermənistan baş naziri Nikol Paşinyanın dəvəti ilə rəsmi səfər həyata keçirəcək.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …