
GADTB: “Washington Post” qəzeti yazıb ki, İsrail İranla 12 günlük müharibənin son günündə İslam Respublikası hökumətinin devrilməsi prosesinə başlayıb, lakin Tramp Netanyahuya onun elan etdiyi atəşkəsə razı olması üçün təzyiq edib.
“David İgnatius” tərəfindən yazılan bu məqalədə mənbələr Trampın atəşkəsi “bu xəbərlərə görə İsrailin rejimi devirməyə yönəlmiş hücumların son mərhələsinə girdiyi” zaman elan etdiyini iddia edir.
Müharibənin on ikinci günündə İsrail İranın bir çox hərbi komandanlıq mərkəzlərinə hücum edib. İran prezidenti Məsud Pezeşkian da İsrail qırıcılarının İran hakimiyyətinin üç qolunun başçılarının iclasının keçirildiyi yerə hücum etdiyini, amma onların sağ qala bildiyini təsdiqləyib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi