Cümə axşamı , Oktyabr 15 2026
azfa

Binabda yükmaşını sürücüləri etiraza qalxıblar- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda yükmaşını sürücüləri etiraza qalxıblar.

Şərqi Azəbaycanın Bünab şəhərində yükmaşını sürücüləri dünəndən başlayaraq tələblərinin yerinə yetirilməməsinə etiraz olaraq tətilə başlayıblar.

Onlar yanacaq qıtlığına, dizelin bahalaşmasına və yüklərin ədalətsiz bölüşdürülməsinə etiraz olaraq nəqliyyat departamentinin qarşısına toplaşıblar.

Etirazçılar bildiriblər ki, məmurlar aylardır onların problemlərini həll etmək üçün müxtəlif vədlər versələr də, indiyədək heç biri yerinə yetirilməyib.

Sürücülər həmçinin yanacaq norması sistemində təcili islahatların aparılmasına və yüklərin bölüşdürülməsi prosesinə ciddi nəzarət edilməsinə çağırıblar.

https://t.me/GADTB1/44139

Həmçinin yoxlayın

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …