Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

İran deputatı Azərbaycana və onun prezidentinə qarşı qərəzli fikirlər səsləndirib

GADTB: İran Parlamentində Tehran şəhərini təmsil edən millət vəkili və  “İslam İnqilabı Stabillik və Müttəfiqlər Cəbhəsi”nin daim anti-Azərbaycan mövqe sərgiləyən radikal üzvü  Kamran Qəzənfəri yenidən Azərbaycanı “Bakı rejimi” adlandırıb.

 O, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan-Ermənistan-ABŞ razılaşmasını İran prezidentinin yaşıl işıq yandırması ilə baş tutduğunu və bunun İranın mənafeyinə zidd olduğunu iddia edib.

O, Pezeşkianın Bakıya səfərindən sonra bu addımı atdığını bildirir.

O, Azərbaycan prezidentini həyasızcasına “sionist” adlandırıb və İsrailin İrana hücumunda guya Azərbaycanın əli olması ilə bağlı İran rəsmilərinin sübutları olmasını bir daha iddia edib.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …