Cümə , Oktyabr 16 2026
azfa

İran Ermənistana Nurduzdan ikinci körpünün tikintisini razılaşdırıb

GADTB: İran və Ermənistan yol sektorunda əməkdaşlığı genişləndirmək üçün yeni razılığa gəlib.

İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqin sözlərinə görə, tərəflər ikinci Nurduz körpüsünün inşası, mövcud körpünün təkmilləşdirilməsi, terminalların idarə olunması və yük maşınları üçün ödənişlərin tənzimlənməsi barədə ilkin razılıq əldə ediblər.

Sadiqi bildirib ki, Fars körfəzi ilə Qara dənizi dəmir yolu vasitəsilə strateji şəkildə birləşdirəcək layihə də irəliləyir:

“Culfaya dəmir yolu xətti artıq mövcuddur və onun Naxçıvandan İrəvana qədər uzanması təsdiqlənib. Bu dəmir yolu İran, Azərbaycan, Ermənistan və Avropa arasında tranzit üçün mühüm rol oynaya bilər”, – deyə Sadiq qeyd edib.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …