Bazar , Sentyabr 20 2026
azfa

İsrail İran səmasına nəzarət üçün yanacaq çatdıran donanma alır

GADTB: İsrail Müdafiə Nazirliyi İran səmasında uzunmüddətli əməliyyatları gücləndirmək üçün hava yanacaq doldurma donanmasını gücləndirir.

Ynet-in məlumatına görə, Nazirlik daha iki Boeing KC-46 qabaqcıl tanker təyyarəsi alıb və gələcək donanmasını altıya çatdıracaq. İlk təyyarə altı ay ərzində, qalanları isə 2030-cu ildə xidmətə girəcək.

Yeni tankerlər İsrail Hərbi Hava Qüvvələrinin ən böyük təyyarələri olacaq və yerli əməliyyat sistemləri ilə təchiz ediləcək. Müqavilənin dəyəri təxminən 500 milyon dollar olub, ABŞ hərbi yardımı hesabına maliyyələşir. İsrail KC-46 ilə xidmətə girən Yaxın Şərqdəki ilk ölkədir.

Qeyd edək ki, İsrail və İran hazırda atəşkəs etsələr də, hələ də yaxın gələcəkdə yenidən müharibə etimalı tez-tez gündəmə gəlir.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …