Çərşənbə , Sentyabr 23 2026
azfa

Molla rejimin ayrı-seçkilik siyasətinə daha bir etiraf

GADTB: İrqçi fars-molla rejimin əsasən də azərbaycan şəhərlərinə qarşı ayrı-seçkilik və müstəmləkə siyasəti tez-tez ifşa olunur.

Bu dəfə Təbriz Ticarət Palatasının İdarə Heyətinin üzvü Rza Cəfəri İranın irqçi sisteminə toxunub.

O deyib ki, ölkənin bütün sahələr üzrə resurslarının və xərclərinin 60 faizi Tehrana məxsusdur!

Şərqi Azərbaycan əyalətinin hökumət və özəl sektor dialoq şurasının 115-ci iclasında çıxış edən Cəfəri, bölgələrə qarşı ayrı-seçkilik edildiyinə diqqət çəkib:

“Bu məsələ İslam Respublikası quruluşunun ədalət, aztəminatlılara dəstək, yoxsulluğun qarşısını almaq və s. kimi əsas prinsiplərinə də uyğun gəlmir!”.

O, resursların 60%-nin paytaxtda cəmləşdirildiyi bir şərayitdə ölkənin müxtəlif bölgələrində irəliləyiş əldə etməyin mümkün olmadığını bildirib.

Cəfəri, bütün sahələrdə sığorta pullarının Tehranda cəmləşidiyini qeyd edib.  Buna görə də sığorta şirkətlərinin Şərqi Azərbaycan və Təbrizdə investisiya qoymaqdan çəkindiklərini söyləyib.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …