Traxtur – “Persepolis” oyunu bərabərliklə başa çatdı: Təbriz təmsilçisi turnir cədvəlinin zirvəsində

GADTB: İran Premyer Liqasının 9-cu turu çərçivəsində “Traxtur” (Azərbaycan) və “Persepolis” (Tehran) komandaları cümə axşamı günü Təbrizin “Bonyan Dizel” stadionunda qarşılaşıblar. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

Oyunun 90-cı dəqiqəsində Əmirhüseyn Hüseynzadənin vurduğu qolla “Traxtur” hesabda önə keçib. Lakin qarşılaşmanın son saniyələrində Marko Bakiçin dəqiq zərbəsi nəticəsində “Persepolis” bərabərliyi təmin edib.

Bu nəticədən sonra “Traxtur” 13 xal toplayaraq turnir cədvəlinin liderliyinə yüksəlib.

Futbol Federasiyasının İntizam Komitəsinin qərarına əsasən, oyun tamaşaçısız keçirilib. “Traxtur”un azarkeşlərdən məhrum edilməsi qərarı azarkeşlər və idman ictimaiyyəti tərəfindən ədalətsiz hesab olunub.

Matç zamanı “Traxtur”un xeyrinə açıq penalti epizodu qeydə alınmasa da, hakim oyunu davam etdirməyi qərara alıb. Görüş boyu referinin bir neçə mübahisəli qərarı “Persepolis”in xeyrinə olub. VAR sisteminin və digər hakimlərin də həmin epizodu görməməsi oyunsonrası müzakirələrə səbəb olub.

Həmçinin yoxlayın

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …

Təbrizdə “Qlobal” şirkətinin zərərçəkmişləri və sürücülər etiraz aksiyası keçirib

GADTB: 5 ordibehişt 1405-ci il tarixində Təbrizdə “Qlobal” nəqliyyat şirkətinin sürücüləri və zərərçəkmişləri şəhər prokurorluğunun …