
GADTB: “İsca News” saytı bu gün “Türkiyə və Azərbaycanın “Türk dünyası”nı dirçəltmək xəyalları davam edir” başlıqlı məqalə dərc edib.
Sitat: “Türkiyə, Azərbaycan və Pakistan arasında keçirilən üçtərəfli görüşün əsas mövzularından biri Türkiyə və Azərbaycanın son aylarda yekunlaşdırmağa çalışdığı Zəngəzur Dəhlizi də daxil olmaqla, Qafqaz bölgəsində tranzit bağlantısı layihələrinin nəzərdən keçirilməsi idi.
Bir çox analitik bu marşrutu regionun geosiyasi strukturunu dəyişdirə və Türkiyənin Qafqazda və Orta Asiyada təsirinin artmasına səbəb ola biləcək mübahisəli və siyasi layihə hesab edir.
Məqalədə iddia olunur: “Ekspertlər hesab edirlər ki, son illərdə Rəcəb Tayyib Ərdoğanın öndərliyi ilə Türkiyə və Azərbaycan hökumətləri “türk dünyasını dirçəltmək” adı altında yeni ambisiyalara əl atıblar. Türkdilli ölkələrin dil, mədəni və tarixi əlaqələrini önə çəkən bu layihə praktikada Ankara və Bakının geosiyasi təsirini genişləndirmək üçün bir vasitəyə çevrilib.
Qarabağ müharibəsində qələbənin ildönümü ilə keçirilən Pakistan, Türkiyə və Azərbaycan rəsmilərinin üçtərəfli görüşü Rəcəb Tayyib Ərdoğanın türk dünyasının dirçəlişi ilə bağlı ritorikasını davam etdirməsi üçün bir platformaya çevrildi.
Əslində, bu səbəbdən Ərdoğan bu görüşdə İkinci Qarabağ müharibəsindəki qələbəni türk dünyasının qələbəsinin simvolu kimi təsvir etdi. Bu gün Ankara və Bakının mövqeyi “bir millət, iki dövlət” ideyasını ən yaxşı şəkildə təcəssüm etdirir.
Görünür, Türkiyə və Azərbaycan Pakistan və Orta Asiya ölkələri də daxil olmaqla bəzi digər ölkələri cəlb etməklə bu prosesi asanlaşdırmağa və uzunmüddətli məqsədlərinə çatmaq üçün çalışırlar.
Görüşün yekun bəyanatında həm də “hərbi, təhlükəsizlik, texnoloji və tranzit sahələrində çoxtərəfli əməkdaşlığın inkişafı”nın vacibliyi vurğulanıb.
Lakin iranlı siyasi təhlilçilər görüşü simvolik görüşdən daha geniş ölçüdə qiymətləndirir və bunu bölgəsəl proseslərdə Qafqaz və Qərbi Asiyada güc balansına təsir göstərə biləcək yeni bir cəbhənin formalaşmasının göstəricisi hesab edirlər.
Bu kontekstdə Türkiyə və Azərbaycan İranın Cənubi Qafqaz proseslərində iştirakının qarşısını almaq üçün Ermənistanın baş naziri Nikol Paşinyanı planlarına daxil etməyə çalışırlar.
Vaşinqtonun “Trampın Sülh Marşrutu” kimi təqdim etdiyi və ABŞ-də Bakı ilə İrəvan arasında keçirilən son danışıqların bu məqsədlərə uyğun olaraq davam etdirildiyi və Tehranın regional proseslərdə rolunun azaldılmasına yönəldiyi deyilir”./ Azad Iran
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi