
GADTB: İsrailin dövlət radiosu və televiziya orqanı mənbələrə istinadən xəbər verir ki, İran qabaqcıl raket istehsalını bərpa etmək planına başlayıb və İsrail bu fəaliyyətləri yaxından izləyir.
Hesabatda bildirilir ki, bəzi israilli rəsmilər və müşahidəçilər hesab edirlər ki, «Donald Trampın prezidentlik müddəti bitməzdən əvvəl İran rejimi devrilməlidir» — bu ifadə Tehran və Tel-Əviv arasındakı gərginliyin və həssaslığın artdığını göstərir.
Mənbələrə görə, bölgədə hərbi hazırlaşma və vəziyyətə qarşı xəbərdarlıq səviyyəsi yüksəlib və bəzi müşahidəçilər gərginliyin daha da dərinləşəcəyi barədə ehtiyatları səsləndiriblər. Bununla belə, hesabatlarda «İrana qarşı müharibə barmaqları»nın hələ genişmiqyaslı şəkildə səslənmədiyi və bu hadisələrin potensial nəticələrinin qeyri-müəyyən olduğu da vurğulanır.
Digər tərəfdən isə İsrailin yüksək rütbəli adı açıqlanmayan təhlükəsizlik rəsmisi bildirib ki, ölkə ordusu İranla mümkün müharibənin 12 gündən çox davam edə biləcəyi ssenariyə hazırlaşır.
Rəsminin sözlərinə görə, əgər İslam Respublikası ilə yeni bir münaqişə baş verərsə, İsrail əvvəlkindən daha “aqressiv” hərbi əməliyyatlar həyata keçirəcək. O, əlavə edib ki, son müharibə zamanı İsrail bütün hərbi imkanlarından istifadə etməyib, lakin gələcək qarşıdurmada daha sərt cavab veriləcək.
Eyni zamanda, təhlükəsizlik rəsmisi Tramp administrasiyasının sonuna qədər İran rejimini devirmək məqsədinin reallaşdırılmasının vacibliyini vurğulayıb.
“The New York Times” qəzetinin məlumatına münasibət bildirən İsrail rəsmisi qeyd edib ki, Tel-Əvivin dəyərləndirməsinə görə, Tehran öz hava müdafiə imkanlarını yenidən qurmaq istiqamətində ciddi addımlar atır.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi