Sircanda Süngünün “Mis” komandasına ağır hücum: meydança qanunsuzluq və hörmətsizlik səhnəsinə çevrildi – Video

GADTB: Sircanın Göhərzəmin və Vərzəğanın Süngün Misi futzal komandaları arasında keçirilən oyunun sonunda utandırıcı və narahatedici hadisələr baş verib. Görüntülərdə azarkeşlərin meydançaya hücum etməsi, qonaq komandanın oyunçularına fiziki hücumlar və hətta rəqib komandanın soyunub-geyinmə otağına gözyaşardıcı qaz atılması əksini tapıb. Bu mənzərə idman yarışından daha çox, tamamilə nəzarətsiz və qanunsuz bir ortamı xatırladıb.

Süngünün Mis komandasının oyunçularını Azərbaycan bölgəsindən Kirmana aparırlar, nəticədə isə bu cür “qonaqpərvərlik” və hörmətsizliklə qarşılanırlar. Kirmandakı komanda oyunu qazansa da, idman etikasını yalnız itirmədi, həm də tapdaladı.

Sircanda baş verənlər sıradan bir insident deyil, idman təhlükəsizliyi və insan ləyaqəti üçün ciddi bir xəbərdarlıqdır. Bu hadisə cavab tələb edir və məsul qurumların izahat verməsi zəruridir. Hadisəni susqunluq və bəhanələrlə ört-basdır etmək qəbuledilməzdir.

https://t.me/GADTB1/46715

Həmçinin yoxlayın

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidir

GADTB: Onların rəhbərliyi daxilində böyük daxili çəkişmələr və qarışıqlıq var. Onlar da daxil olmaqla, heç …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …