Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Zəncandа aşıq “Müsəlman Əsgəri”nin dəfn və vida mərasimi keçirildi- Video

GADTB: Aşıq sənətinin tanınmış ustadı Müsəlman Əsgərinin dəfn mərasimi 8 dekabr, şənbə günü saat 11:30-da Zəncan şəhərinin qəbiristanlığında baş tutub.

Mərhum Əsgəri, aşiq musiqisinin seçilən simalarından biri kimi uzun illər həm ölkə daxilində, həm də xaricdə çoxsaylı səhnələrdə çıxış etmiş və bu sahənin ustadlarından sayılmışdır. O, 1938-ci ildə Zəncanda dünyaya gəlmiş və yarım əsrdən artıq yaradıcılığı ilə aşıq sənətinə dəyərli töhfələr vermişdir.

Ustadın “El Aşığı” adlı şeirlər toplusu 2021-ci ildə Tehranda “114” nəşriyyatı tərəfindən çap olunub. Kitabda ustadnamə, qoşma, gəraylı, qəzəl, cığalı, təcnis və vücudnamə kimi müxtəlif türk şeir formalarından nümunələr yer alır.

Həmçinin yaxın günlərdə Məhəmməd Rəzzaqi tərəfindən yazılan və aşıq sənətinin bu böyük simasının həyat yolunu və yaradıcılığını əks etdirən “Aşıq Müsəlmandan Xatirələrim” kitabı nəşr olunub.

Müsəlman Əsgəri sənətsevərlər tərəfindən böyük hörmətlə yad edilir və Azərbaycan aşıq irsində mühüm bir yerə sahib kimi xatırlanır.

https://t.me/GADTB1/46713

Həmçinin yoxlayın

Həbsdə olan azərbaycanlı həkim Həmid Qərəhəsənlinin səhhəti ilə bağlı narahatlıq davam edir

GADTB: Bir qrup həkim və tibb işçisi İran İslam Respublikasının məhkəmə hakimiyyətinə məktub göndərərək həbsdə …

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …