Cümə axşamı , Sentyabr 17 2026
azfa

Urmiyada aşıq Dehqanın anım mərasimi keçirildi

GADTB: Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində Aşıq Məhəmmədhüseyn Dehqanın anım mərasimi keçirilib.

Urmiyanın Vəhədət mədəniyyət kompleksində keçirilən mərasimdə Azərbaycanın müxtəlif şəhərlərindən çox sayda mədəniyyət xadimi və aşıq iştirak edib.

Qeyd edək ki, 1934-cü ildə anadan olan aşıq Dehqan, bu ilin 22 noyabrında dünyasını dəyişib.

Aşıq Dehqan çoxsaylı yerli və xarici festivallarda iştirak edən və əksəriyyətində fəxri adlar qazanan azsaylı sənətkarlardan biri olub.

Bir dəfə İran prezidenti, 25 dəfə isə müxtəlif dövrlərdəki irşad və mədəniyyət nazirlərindən təqdirnamələr alan Aşıq Dehqan, dünya aşıqları arasında keçirilən beynəlxalq festivallarda 3 dəfə birinci yeri tutub.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …