Cümə axşamı , Sentyabr 17 2026
azfa

Urmiyə Universitetinin tələbəsi Qərbi Azərbaycanın valisi qarşısında: “Sahibsiz olan məmləkətin batması haqdır, biz sahib olursaq bu vətən batmayacaqdır”- Video

GADTB: Urmiyə Universitetinin bir tələbəsi 1404-cü ilin Azər ayının 16-da İranda “Tələbə günü” münasibətilə keçirilən tədbirdə Qərbi Azərbaycan valisinin iştirakı ilə çıxış edərək Urmiyə gölünün bərpasının ümumi iradə tələb etdiyini bildirib və bir neçə şeir oxumaqla hazırkı vəziyyətə etirazını ifadə edib.

Tələbə çıxışında qeyd edib ki, Urmiyə gölünü yalnız sosial şəbəkə kampaniyaları, paylaşımlar və tədbirlərlə xilas etmək mümkün deyil. Bərpa üçün güclü dövlət iradəsi, dövlət investisiyası və eyni zamanda xalqın birgə səyi lazımdır.

Ətraf mühit mütəxəssislərinin fikrincə, Urmiyə gölünün quruması hövzədə yaşayan 14 milyondan çox insanın həyatını təhlükə qarşısında qoyur və bölgə əhalisinin məcburi miqrasiyasına səbəb ola bilər.

Urmiyə gölünün quruması nəticəsində yaranacaq duz fırtınaları və toz yayılması isə təkcə region və İran üçün deyil, həm də beynəlxalq səviyyədə ciddi ekoloji təhdid hesab olunur.

https://t.me/GADTB1/46905

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …