“Əli Xeyircu” 209-cu təhlükəsizlik təcridxanasından Tehrandakı Qəmər Bəni-Haşim xəstəxanasına köçürüldü – daha 3 fəalın sağlamlığı ilə bağlı narahatlıq artır

GADTB: Evin həbsxanasının 209-cu İstintaq Təcridxanasında saxlanılan azərbaycanlı fəal Əli Xeyircu Azər ayının 18-i axşam saatlarında ailəsi ilə qısa telefon danışığında Tehrandakı Qəmər Bəni-Haşim xəstəxanasına müayinə və tibbi müdaxilə üçün köçürüldüyünü bildirib.

Onun sözlərinə görə, Azər 17-də şiddətli qarın ağrıları artdıqdan sonra təcridxananın həkimi tərəfindən müayinə olunub və daha sonra xəstəxanaya aparılıb. Müayinələr zamanı – o cümlədən USM və digər analizlərdən sonra – mütəxəssis həkim qarın boşluğunda təxminən 2 və 1,5 sm ölçüdə iki yırtığın olduğunu deyib.

Buna baxmayaraq, ciddi tibbi narahatlığa və mütəxəssis diaqnozuna rəğmən, Əli Xeyircu yalnız dərman verildikdən sonra xəstəxanada yatızdırılmadan yenidən Təhlükəsizlik İdarəsinin 209-cu bölməsinə qaytarılıb. Bu hal onun sağlamlığı, o cümlədən davam edən təhlükəsizlik şəraitində saxlanılması ilə bağlı ciddi narahatlıqları artırıb.

Məlum olduğu kimi, Abbas Lisani, Əli Xeyircu, Behzad Dəşti və Yusif Kəri 1404-cü ilin Aban ayının 20-də Evin həbsxanası qarşısında keçirilən etiraz və həmrəylik aksiyasında saxlanılmış, ittiham elan edildikdən sonra əvvəlcə 7-ci məhəllənin karantin bölməsinə, daha sonra (27 Aban) 209-cu bölməyə köçürülmüşdülər. Bu fəalların 20 gündən çoxdur ki, hələ də eyni bölmədə saxlanılması narahatlıq doğurur.

Fəalların məhdud telefon əlaqəsi, vəkilə çıxış imkanının olmaması, tibbi xidmətin təmin edilməməsi və davam edən təhlükəsizlik təzyiqləri onların fiziki və psixoloji vəziyyəti ilə bağlı narahatlığı daha da artırır.

Bundan əlavə, saxlanılma zamanı təhlükəsizlik qüvvələrinin dəyənək və gözyaşardıcı qazdan istifadə etdiyi, nəticədə Əli Xeyircunun dişinin qırıldığı, Behzad Dəşdinin burnunun zədələndiyi, hər dörd fəalın isə bədənlərinin müxtəlif nahiyələrində göyərmə və xəsarətlər aldığı bildirilir.

Həmçinin yoxlayın

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …

Təbrizdə “Qlobal” şirkətinin zərərçəkmişləri və sürücülər etiraz aksiyası keçirib

GADTB: 5 ordibehişt 1405-ci il tarixində Təbrizdə “Qlobal” nəqliyyat şirkətinin sürücüləri və zərərçəkmişləri şəhər prokurorluğunun …