Şənbə , Oktyabr 17 2026
azfa

Ermənistan “Tramp Marşrutu”nu həyata keçirmək üçün “TRIPP Company”ni qeydiyyatdan keçirəcək

GADTB: Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanda Tramp Marşrutunun Beynəlxalq Sülh və Rifah üçün (TRIPP) layihəsini həyata keçirmək məqsədilə “TRIPP Company” Ermənistan-Amerika birgə müəssisəsinin qeydiyyatdan keçiriləcəyini açıqlayıb.

Paşinyan bu barədə Almaniya Xarici Əlaqələr Şurasında çıxış edərkən danışıb.

“Ermənistan-Amerika birgə müəssisəsi olan “TRIPP Company” Ermənistanda qeydiyyata alınacaq. Dəmir yolları, yollar, neft və qaz boru kəmərləri və fiber-optik kabellər üçün lazımi infrastrukturu inkişaf etdirmək səlahiyyəti veriləcək. Gələn il praktiki həyata keçirmə və tikinti mərhələsinə keçəcəyik”, – o deyib.

Paşinyan bildirib ki, “Tramp Marşrutu” layihəsi, eləcə də Ermənistanla Türkiyə arasında nəqliyyat əlaqələri Orta Dəhlizin vacib komponentinə çevrilə və Avropa, Cənubi Qafqaz və Orta Asiya arasında fasiləsiz əlaqəni təmin edə bilər.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …