Çərşənbə axşamı , Sentyabr 29 2026
azfa

1915-ci ildə baş vermiş Gallipoli–Çanaqqala savaşının 115-ci ildönümü münasibətilə Avstraliyanın Sidney şəhərində anım mərasimi keçirildi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dekabrın 20-də 1915-ci ildə baş vermiş Gallipoli–Çanaqqala savaşının 115-ci ildönümü münasibətilə Avstraliyanın Sidney şəhərində anım mərasimi keçirilib.

Təqaüdə çıxmış polkovnik, hörmətli Denis Moore tərəfindən rəsmi dəvət olunan Avstraliya Azərbaycan Assosiasiyası (AAA) və Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri, hörmətli Sara Azərsun, həmçinin tədbirdə iştirak edən digər qonaqlar da mərasimdə iştirak etdilər.

Tədbirdə Türkiyənin, Hindistanın, Yeni Zelandiyanın və Fransanın baş konsulları, Fransanın böyük elçiliyi, parlament millət vəkilləri, eləcə də ordu və polis nazirliklərinin nümayəndələri iştirak etmiş, çıxışlar etmişlər.

Bu tədbirdən video və şəkilləri təqdim edirik:

https://t.me/GADTB1/47189

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …