Cümə axşamı , Sentyabr 17 2026
azfa

Qrossi: “İran nüvə obyektlərindəki ziyanla bağlı məlumat vermir”

GADTB: Dünən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İrandan zənginləşdirilmiş uran ehtiyatlarının həcmi və iyun ayında baş verən hücumlardan sonra nüvə obyektlərinə dəyən ziyanın miqdarı barədə heç bir rəsmi məlumat almayıb.

Qrossinin sözlərinə görə, bu məlumatların təqdim olunmaması AEBA-nın vəziyyəti tam və obyektiv şəkildə qiymətləndirməsini çətinləşdirir.

İran Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi isə nüvə texnologiyasının hərbi və mülki tətbiqləri arasındakı fərqlərdən danışaraq bildirib ki, nüvə bombası yaratmaq texniki baxımdan ən asan mərhələdir.

Kamalvəndi qeyd edib ki, nüvə bombası yanacağa və reaksiya prosesinə uzunmüddətli nəzarət tələb etmir və bir anda partlayır. Onun sözlərinə görə, nüvə elektrik stansiyası tikmək isə yanacağa və nüvə reaksiyalarının sürətinə davamlı nəzarət tələb etdiyi üçün daha çətin və mürəkkəb texniki prosesdir.

İranın nüvə proqramına toxunan rəsmi şəxs bildirib ki, ölkə nüvə sahəsində güc həddinə çatıb və bu mərhələdə Tehran üçün artıq naməlum texniki məsələ qalmayıb.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …