Bazar ertəsi , Aprel 27 2026
azfa

Azərbaycanlı körpəyə mübarizədən sonra “Əlihan” adına şəxsiyyət vəsiqəsi almaq mümkün olub

GADTB: Azərbaycanlı körpə “Əlihan” üç ay sonra sülh məhkəməsinin qərarı ilə doğum şəhadətnaməsi (şəxsiyyət vəsiqəsi) alıb. Ərdəbil Vətəndaşlıq Qeydiyyatı İdarəsinin etirazına baxmayaraq, “Əlihan”ın valideynləri bu quruma qarşı hüquqi iddia qaldıraraq, övladları üçün öz seçdikləri adla şəxsiyyət vəsiqəsi ala biliblər.

Ərdəbil Sülh Məhkəməsi qərarında vurğulayıb ki, “şəxslərin adları ilə bağlı hər hansı məcburi qaydalar onların şəxsi hüquqlarına müdaxilə sayılır”. Bu əsasla məhkəmə Ərdəbil Vətəndaşlıq Qeydiyyatı İdarəsini valideynlərin seçdiyi “Əlihan” adı ilə şəxsiyyət vəsiqəsi verməyə məcbur edib.

“Balamin Adı” kampaniyası xəbəri yayaraq, Əlihanın atası Həmid Pakruha istinadən bildirib ki, Ərdəbil Vətəndaşlıq Qeydiyyatı İdarəsi “xarici adların istifadəsinin qadağan olunması” qanununa əsaslanaraq “Əlihan” adını “xarici ad” kimi qiymətləndirib və bu adla şəxsiyyət vəsiqəsi verməkdən imtina edib.

Valideynlər hüquqi mübarizəyə başlayaraq, nəticədə qeydiyyat idarəsinin məhkum edilməsinə və öz seçdikləri adla şəxsiyyət vəsiqəsinin verilməsinə nail olublar. Həmid Pakruh həmçinin “Balamin Adı” kampaniyasına bildirib ki, “Ərdəbil Vətəndaşlıq Qeydiyyatı İdarəsi məhkəmənin qəti qərarına baxmayaraq, Tehranla yazışma bəhanəsi ilə şəxsiyyət vəsiqəsinin verilməsini daha 15 gün gecikdirib və sonda üç aydan sonra ‘Əlihan’ adını rəsmən qeydiyyata alıb.”

Həmçinin yoxlayın

Donald Trump: “İranın neft saxlama imkanları tükənir, infrastruktur yaxın günlərdə çökə bilər”

GADTB: ABŞ prezidenti Donald Trump bildirib ki, tətbiq olunan dəniz mühasirəsi nəticəsində İranın neft saxlama …

Axios: İran ABŞ-yə müharibənin dayandırılması üçün yeni təklif təqdim edib

GADTB: Axios xəbər agentliyi mənbələrə istinadən bildirir ki, İran vasitəçilər üzərindən ABŞ-yə müharibənin birdəfəlik dayandırılması …