Cümə , Oktyabr 16 2026
azfa

Bir həftə ərzində İranda etirazlar zamanı azı 16 nəfər öldürülüb

GADTB: Ölkə üzrə etirazların davam etdiyi bir vaxtda yayılan hesabatlar ölənlərin sayının artdığını, həbslərin genişləndiyini və etirazların İranın onlarla şəhər və vilayətinə yayıldığını göstərir.

Məlumatlara görə, etirazların ilk yeddi günü ərzində azı 15 etirazçı həyatını itirib. Etiraz aksiyaları bu müddətdə 25 vilayətin 60 şəhərində, ümumilikdə 174 nöqtədə qeydə alınıb və ən azı 582 nəfər saxlanılıb.

Hərana xəbər agentliyi etirazlarda tələbələrin fəal iştirak etdiyini bildirərək, qeyd edib ki, bu zaman kəsiyində azı 18 universitetdə etiraz aksiyaları və tələbə hərəkatları müşahidə olunub.

Eyni zamanda, Qum şəhərində yerli rəsmilər iki nəfərin öldüyünü təsdiqləyiblər. Onlardan birinin 17 yaşlı yeniyetmə olduğu açıqlanıb. İkinci şəxsin ölüm səbəbi ilə bağlı isə hökumətyönlü media fərqli və ziddiyyətli məlumatlar yayıb.

Müstəqil mənbələrin bildirdiyinə görə, son səkkiz gün ərzində etirazlar azı 23 vilayəti və onlarla şəhəri, əsasən kiçik və orta şəhərləri əhatə edib. Bu statistika ölkədə ictimai narazılığın davamlı və geniş miqyas aldığını göstərir.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …