Cümə axşamı , Sentyabr 17 2026
azfa

Beynəlxalq Əfv Təşkilatı İran işinin Haaqa Məhkəməsinə göndərilməli olduğunu bildirib

GADTB: Dünən Beynəlxalq Əfv Təşkilatı (Amnesty International) İranda etirazçılara qarşı törədilən qırğınlarla bağlı geniş hesabat yayıb və BMT Təhlükəsizlik Şurasını İran dosyesini Beynəlxalq Cinayət Məhkəməsinə (Haaqa) göndərməyə çağırıb.

Təşkilatın yaydığı hesabat İranın 16 şəhərində 38 nəfərlə aparılmış müsahibələrə, İran daxilindəki üç, İran xaricindəki 16 məlumatlı mənbəyə, eləcə də 12 yanvarda ölkəni tərk etmiş bir şahidin ifadəsinə əsaslanır.

Qurumun vurğulamasına görə, bu müddətdə İranda görünməmiş miqyasda qətllər baş verib.

Beynəlxalq Əfv Təşkilatının baş katibi Aqnes Kallamard bildirib ki, “bu qan tökülməsi və cəzasızlıq dövrünə son qoyulmalıdır”. Onun sözlərinə görə, İran hakimiyyətinin əvvəlki etiraz dalğalarında da kobud insan haqları pozuntuları törətməsinə baxmayaraq, yanvarın 8-dən bəri qətllərin miqyası və intensivliyi görünməmiş səviyyəyə çatıb.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …