Çərşənbə , Oktyabr 14 2026
azfa

Cinayətlərin ifşasının qarşısını almaq məqsədilə İranda internetin tam kəsintisi davam edir

GADTB: İran hakimiyyəti törətdiyi cinayətlərin beynəlxalq ictimaiyyətdə ifşa olunmasının qarşısını almaq məqsədilə ölkədə tam və fasiləsiz olaraq internet kəsib.

Bəzi media fəallarının yaydığı məlumatlara əsasən, İran hökumətinin sözçüsü Fatimə Mühacirani qeyri-rəsmi şəkildə bildirib ki, İranda beynəlxalq internetə çıxış ən azı 1405-ci il Novruz bayramınadək bərpa olunmayacaq.

Bu açıqlamalar fonunda qeyd olunur ki, İranda ümumi və tam internet kəsintisi artıq ikinci həftəsinə daxil olub və vətəndaşların qlobal internet şəbəkəsinə çıxışı tamamilə bloklanıb. Məlumatlı mənbələrin bildirdiyinə görə, İslam Respublikası 1404-cü il ümumölkə etirazlarında həlak olanların qırx mərasimləri başa çatmamış internetin bərpasını planlaşdırmır.

Eyni zamanda, alternativ internetə çıxış yollarının qarşısının alınması məqsədilə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi barədə də məlumatlar yayılıb. Rəqəmsal hüquqlar və vətəndaş azadlıqları sahəsində fəaliyyət göstərən “Filtrban” qurumu cümə axşamı açıqlayıb ki, hakimiyyət strukturları “Starlink” peyk internet terminallarının aşkarlanması və bloklanmasına xüsusi diqqət yetirir.

Müşahidəçilərin fikrincə, internetin uzunmüddətli kəsilməsi İran hakimiyyətinin etirazlar zamanı törədilən zorakılıq və insan hüquqları pozuntularını gizlətmək strategiyasının tərkib hissəsidir və bu addım ölkədə informasiya azadlığının faktiki olaraq tamamilə ləğv edildiyini göstərir.

Həmçinin yoxlayın

Netanyahu: İran İslam Respublikasının radikal və fanatik rejiminin imkanlarını tamamilə məhv etmək üçün onun hakimiyyətini devirməliyik

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Azərbaycandan Fransa Xarici İşlər Nazirliyinin başçısının Azərbaycanı hədəf almasına etiraz

GADTB: Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun 13 oktyabr tarixində İqtisadi Əməkdaşlıq və …