Çərşənbə , Oktyabr 14 2026
azfa

Türkiyə İrana mümkün xarici hücum halında qaçqın dalğasının qarşısını almaq üçün bufer zona yaradılması yaratmaq istəyir

GADTB: Türkiyənin Xarici İşlər Nazirliyi qapalı iclasda Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyasının üzvlərini İran, Suriya və ümumilikdə Yaxın Şərqdəki son proseslər barədə məlumatlandırıb.

Jurnalist Yücəl Qayaoğlunun eksklüziv xəbəri olaraq yayımlanan bu məlumatda bildirilir ki, Ankara İrana hər hansı hərbi müdaxilənin mümkün nəticələrindən, xüsusilə də yeni və genişmiqyaslı qaçqın axını ehtimalından ciddi narahatdır.

Türkiyə XİN rəsmilərinin sözlərinə görə, İrana qarşı xarici müdaxilə baş verərsə, böyük miqrasiya dalğasının yaranması real risk kimi qiymətləndirilir. Bu çərçivədə vurğulanıb ki, Türkiyə müxtəlif ssenarilər üçün “A–B–C planları” hazırlayıb və əsas variantlardan biri miqrasiyanın qarşısını almaq məqsədilə tampon (bufer) zonanın yaradılmasıdır.

Diqqətçəkən məqam ondan ibarətdir ki, hesabatda qeyd edildiyinə görə, nəzərdə tutulan tampon zona Türkiyə ərazisində deyil, İranın daxilində planlaşdırılır və əsas məqsəd qaçqınların Türkiyə ərazisinə keçməsinin qarşısını almaq, onların İran tərəfində saxlanılmasıdır.

Həmin məxfi iclasın digər hissəsində Türkiyə Xarici İşlər Nazirliyinin rəsmiləri İranda baş verən son etirazlarla bağlı statistik məlumatlar da təqdim ediblər. Bu məlumatlara əsasən, etirazlar zamanı 4 mindən çox insan həyatını itirib, təxminən 20 min nəfər isə yaralanıb. Bu rəqəmlər İranda baş verən zorakılığın və genişmiqyaslı repressiyaların miqyasını açıq şəkildə göstərir.

Sonda xatırladılır ki, daha əvvəl yayımlanan xəbərlərdə İran–Türkiyə sərhədi boyunca təhlükəsizlik divarının tam şəkildə tamamlandığı bildirilmişdi. Bu fakt, tampon zona planı ilə birlikdə, Türkiyənin şərq sərhədlərində mümkün gərgin və qeyri-sabit ssenarilərə ciddi şəkildə hazırlaşdığını göstərir.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …