
GADTB: Saxlanılanların sayı son dərəcə çoxdur və etirazlara görə həbs edilənlərin işləri əvvəlcədən müəyyən edilmiş üç şöbəyə yönləndirilir.
Azərbaycanlı vəkil Sina Yusifinin verdiyi məlumata əsasən, “müharibə elan etmə” (mühəribə) kimi ağır ittihamlarla açılan işlər Hadi Qafuriyanın rəhbərlik etdiyi 15-ci istintaq şöbəsinə, etirazlarla bağlı digər işlər isə 7-ci və 1-ci dadyarlıq şöbələrinə göndərilir.
Bildirilir ki, işlər qanuni müddətlərə əməl olunmadan və cinayət prosessual qaydaları pozularaq sürətlə araşdırılır. Həmçinin bu işlər izlənmənin qarşısını almaq məqsədilə Səna sistemində qeydiyyata alınmır və onlara iş nömrəsi verilmir.
Məlumatlara görə, saxlanılanların böyük bir qismi 18 yaşdan aşağıdır. Ailələr prokurorluğun dəhlizlərində və məhkəmə binasının qarşısında övladlarının taleyi ilə bağlı məlumat almağa çalışırlar. Lakin aidiyyəti şöbələr, xüsusilə 15-ci istintaq şöbəsi, vəkillərin prosesə qoşulacağı təqdirdə sərt tədbirlərlə hədələyir.
Qeyd olunur ki, heç bir halda vəkillərin iş materiallarına çıxışına icazə verilmir. Buna baxmayaraq, insan haqları üzrə vəkillər saxlanılanların vəziyyətini izləməyə və ailələrlə birlikdə hüquqi mübarizəni davam etdirməyə çalışırlar.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi