Bazar ertəsi , Sentyabr 21 2026
azfa

ABŞ-ın hücumundan qorxan molla rejimi Trampa məktub göndərdi

GADTB: İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçı İrana hücumu təxirə salmaq üçün ABŞ Prezidenti Donald Trampa yazılı mesaj göndərib. Bu barədə “İsrail Hayom” qəzeti məlumat yayıb.

Adının çəkilməsini istəməyən İsrail rəsmisi bildirib ki, Trampın xüsusi elçisi Stiv Uitkoff mesajı Məsud Pezeşkianın yazılı zəmanəti ilə birlikdə ABŞ prezidentinə çatdırıb. Mənbənin sözlərinə görə, Arakçının göndərdiyi mesaj Vatsap vasitəsilə qəbul edilib.

Məlumata görə, İran prezidentinin yazılı zəmanəti mesajın əsas hissəsi olub və Tehranla Vaşinqton arasında etimad atmosferi yaratmaq və diplomatik yolu açmaq üçün nəzərdə tutulub. İsrailli rəsmi vurğulayıb ki, bu hərəkət Trampın qərarını təxirə salan yeganə amil olmasa da, ABŞ prezidentinin məsələyə yanaşmasına və əhval-ruhiyyəsinə təsir edib.

Mənbənin bildirdiyinə görə, bu mesaj göndərildiyi zaman böyük bir hərbi əməliyyat üçün lazımi hazırlıqlar tam olaraq yekunlaşdırılmamışdı və bu məsələ, Tehranın mesajı ilə birlikdə, mümkün hücum qərarının vaxtının dəyişdirilməsində rol oynayıb.

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …