Cəlal Kudrilu Urmiyada Kəşfiyyat İdarəsindən Qoşaçay həbsxanasına köçürülüb; ailə sağlamlıq vəziyyətindən narahatdır

GADTB: Məlumatlı mənbədən daxil olan xəbərə görə, Azərbaycan Milli Hərəkatının fəalı Cəlal Küdərilu dünən — 1 Esfənd 1404-cü il tarixində Urmiya Kəşfiyyat İdarəsindən Qoşaçay həbsxanasına köçürülüb.

Mənbənin bildirdiyinə görə, Kudrilu istintaq zamanı səhhətində fəsadlarla üzləşib və onun ağciyərlərində maye toplanması qeydə alınıb. Eyni zamanda, ürək stimulyatoru (kardiostimulyator) daşıdığı üçün mütəmadi tibbi nəzarətə və xüsusi tibbi qulluq tədbirlərinə ehtiyac duyur.

Ailənin verdiyi məlumata əsasən, bu gün səhər saatlarında onlar Qoşaçay prokurorluğuna müraciət edərək onun vəziyyəti ilə maraqlanıblar. Ailə üzvlərinin sözlərinə görə, prokuror girov qoyulacağı təqdirdə onun azadlığa buraxılmasının mümkün olduğunu bildirib. Lakin iddia olunur ki, iş üzrə müstəntiq azadlığa buraxılmaya etiraz edib və müraciət zamanı ailə üzvlərinə qarşı sərt və təhqiramiz davranış nümayiş etdirib.

Məlumatda həmçinin qeyd olunur ki, Cəlal Kudrilunun sabah Təbriz şəhərində ürək stimulyatorunun nəzarət müayinəsi üçün həkim qəbuluna vaxtı təyin edilib. Onun köçürülməsində və ya azadlığa buraxılmasında yaranacaq hər hansı gecikmənin, xüsusilə mövcud ağciyər problemi nəzərə alındıqda, səhhətinə ciddi təhlükə yarada biləcəyi vurğulanır.

Həmçinin yoxlayın

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidir

GADTB: Onların rəhbərliyi daxilində böyük daxili çəkişmələr və qarışıqlıq var. Onlar da daxil olmaqla, heç …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …