Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Molla rejimi doktor Rza Dağıstaninin Urmiya Şəhər Şurasına namizədliyi rədd etdi

GADTB: Azərbaycan milli və vətəndaş cəmiyyətinin tanınmış və təcrübəli fəallarından, kimlik yönümlü hərəkatın tanınmış simalarından olan Doktor Rza Dağıstani, Urmiya Şəhər Şurasına namizəd kimi qeydiyyatdan keçməsinə baxmayaraq, rayon üzrə Nəzarət Heyəti tərəfindən namizədliyi rədd edilib.

O, jurnalistlərə verdiyi açıqlamada namizədliyinin rədd olunması xəbərini təsdiqləyərək bildirib:

“Qərar rəsmi şəkildə icra hakimiyyəti (qubernatorluq) tərəfindən bizə çatdırılıb. Əvvəlki dövrlərdə də bir sıra xalq namizədlərinin nəzarət heyətlərinin qərarı ilə kənarlaşdırıldığı kimi, bu dövrdə də mənim səlahiyyətim fikrimcə əsassız səbəblərlə rədd edilib. Bununla belə, qanuna əsasən dörd gün etiraz etmək imkanımız var və haqqımızı bərpa etmək üçün bütün hüquqi vasitələrdən istifadə edəcəyik.”

Dağıstani namizədliyinin rədd olunması üçün göstərilən səbəblərlə bağlı əlavə edərək deyib:

“Bizə təqdim edilən rəsmi məktubda, rayon nəzarət heyətinin rəyi və qubernatorun imzası ilə yalnız iki ümumi və şablon maddəyə istinad olunub. Məncə bu qərar vətənpərvərliyin və Azərbaycana olan sevginin bədəlidir. Bundan narahat deyiləm, çünki xalqın yanında olmağın və ədalət tələb etməyin bir qiyməti var. Biz Azərbaycana sevgi ilə yaşayırıq və bu sevgi heç vaxt sönməyəcək.”

Bu vətəndaş fəalı gələcək planları barədə də danışaraq qeyd edib:

“İlk addım bu qərara qarşı qanuni etiraz etməkdir. Əgər yenidən seçki yarışına qayıtmaq mümkün olmasa, səsim əvvəlkindən daha gur çıxacaq. Uzun illərdir Qərbi Azərbaycana, xüsusilə də Azərbaycanın mədəni paytaxtı olan Urmiyaya qarşı davam edən böyük bir planın qarşısında, Urmiya sevərlərlə birlikdə seçki meydanında olacağıq. Xalqın vahid siyahısını təqdim etməklə və iştirakçılığı təşviq etməklə terrorizm tərəfdarlarının və şəhəri talayan vasitəçilərin planlarını puça çıxaracağıq.”

Həmçinin yoxlayın

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …

Təftanda silahlı şəxslərin pusqusunda Fətimiyyun terrorçularının 20-dən çox üzvü öldürülüb və ya yaralanıb

GADTB: Həl-Vəşin məlumatına görə, bu gün, 13 oktyabr 2026-cı il, çərşənbə axşamı, Təftan rayonunun “Çah-Əhməd” …