Cümə , İyun 26 2026
azfa

İranda əhali Trampın hücumu ilə bağlı mesaj alıblar

GADTB: İrandakı bəzi mobil istifadəçilər naməlum mənbədən gələn qəribə SMS mesajları aldıqdan sonra sosial mediada paylaşım ediblər. Mesajların məzmunu belə idi:

“ABŞ prezidenti əməl insanıdır. Gözləyin”.

İranın “Həmşəhri” qəzeti bu xəbəri təsdiqləyib və bildirib ki, mesajlar operatorlardan birinin əsas SMS sisteminin haker hücumuna məruz qalması nəticəsində göndərilib.

Bəzi vətəndaşlar əvvəllər də belə qəribə mesajlar aldıqlarını qeyd ediblər. Maraqlıdır ki, bu hadisə “Israel Hayom” qəzetinin ABŞ-nin İrana hücum ehtimalı barədə xəbərindən bir neçə saat sonra baş verib.

Həmçinin yoxlayın

CoinEx İran vəsaitlərinin əsas kriptovalyuta mərkəzinə çevrilib

GADTB: The Wall Street Journal yazır ki, blokçeyn məlumatlarına əsasən, Seyşel adalarında yerləşən CoinEx kriptovalyuta …

İran Hörmüz boğazında alternativ marşrutlarla bağlı xəbərdarlıq etdi

GADTB: İran İslam Respublikasının xarici işlər nazirinin müavini hökumətin müəyyən etdiyi qaydalardan kənar marşrutlardan istifadə …