Çərşənbə , Avqust 26 2026
azfa

ABŞ İran uranının Rusiyaya göndərilməsi ideyasını dəstəkləmədi

GADTB: ABŞ prezidenti Donald Tramp Rusiyanın irəli sürdüyü İranın yüksək zənginləşdirilmiş uranının Rusiyaya göndərilməsi təklifini rədd edib. Bu barədə Axios nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Rusiya prezidenti Vladimir Putin martın 9-da Trampla telefon danışığı zamanı İranın nüvə materialları ilə bağlı bir neçə təşəbbüs irəli sürüb. Təkliflərdən biri İranın 60% səviyyəsində zənginləşdirilmiş təxminən 450 kiloqram uranının Rusiyaya göndərilməsi olub.

Nəşrin yazdığına görə, bu addımın məqsədi ABŞ və İsrail ilə İran arasında gərginliyi azaltmaq və mümkün münaqişəni dayandırmaq variantlarından biri kimi müzakirə edilib. Ancaq Vaşinqton bu ideyanı qəbul etməyib.

60% zənginləşdirilmiş uran qısa müddətdə – bir neçə həftə ərzində – 90% səviyyəsinə, yəni nüvə silahı üçün lazım olan səviyyəyə qədər zənginləşdirilə bilər./ Azad İran

Həmçinin yoxlayın

Britaniya İran İslam Respublikasına qarşı ABŞ-ın “İqtisadi təcridetmə” kampaniyasını dəstəkləyib

GADTB: Böyük Britaniyanın maliyyə naziri Con Hili bildirib ki, London ABŞ və digər tərəfdaşları ilə …

GADTB başqanı sayın Əjdər bəy Tağızadə Elçibəyin anım günündə çıxış edib- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …