Şənbə , Aprel 25 2026
azfa

The Washington Post: Müctəba Xamenei təcrid olunub, mesajlara cavab vermir

GADTB: İranın yeni Ali Rəhbəri Müctəba Xamenei yaralı, təcrid olunmuş vəziyyətdədir və ona göndərilən mesajlara cavab vermir.

Bu barədə “The Washington Post“ qəzeti ABŞ və İsrail təhlükəsizlik rəsmilərinə istinadən məlumat yayıb.

İsrail rəsmilərinin sözlərinə görə, SEPAH və bəzi din xadimləri ölkədə nəzarəti gücləndiriblər.

Məlumata görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, İsrailin “Mossad” agentliyi və digər kəşfiyyat qurumları Xameneinin izini müəyyən etmək üçün çalışırlar.

O, atasının qətlindən sonra yeni ali rəhbər elan edildiyi gündən bəri ictimaiyyət arasında görünməyib.

Həmçinin yoxlayın

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …

“New York Times” qəzeti Müctəba Xamenei ilə bağlı məlumat yaydı

GADTB: The New York Times nəşri İran rəsmilərinə istinadən Müctəba Xameneinin səhhəti ilə bağlı məlumat …