
GADTB: CNN ABŞ kəşfiyyatının qiymətləndirmələrinə istinadən elan edib ki, Çin qarşıdakı həftələrdə İran İslam Respublikasına yeni hava hücumundan müdafiə sistemləri göndərməyə hazırlaşır.
Qiymətləndirmələrlə tanış olan üç mənbəyə görə, bu addımlar Tehranın döyüşlərdəki fasilədən silah ehtiyatlarını bərpa etmək üçün istifadə edə biləcəyini göstərir.
İki mənbə həmçinin CNN şəbəkəsinə bildirib ki, Pekin avadanlığın mənşəyini gizlətmək üçün üçüncü bir ölkədən tranzit yolu kimi istifadə edir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi