Cümə , Aprel 24 2026
azfa

“Daxili fikir ayrılıqları və “Nüvə Qırmızı Xətti” – Müctəba Xameneyi Tehran-ABŞ danışıqlarını çətinləşdirir”

GADTB: İran rəhbərliyi daxilində kəskin fikir ayrılıqları və Müctəba Xameneyinin yaxın çevrəsinin nüvə məsələsində sərt mövqeyi səbəbindən İran-ABŞ danışıqlar prosesi təhlükə altındadır.

 Mənbələr iddia edir ki, İran nümayəndə heyətinin yeni danışıqlar raundu üçün İslamabada planlaşdırılan səfərindən əvvəl ali rəhbərin yaxın çevrəsi nüvə proqramını müzakirə etməmək barədə əmr verib.

Bu, İran Xarici İşlər Nazirliyinin kəskin reaksiyasına səbəb olub: Xarici İşlər naziri Əraqçının belə bir şəraitdə danışıqlarda iştirak etməyi “faydasız” adlandırdığı və faktiki olaraq belə bir mövqeyi diplomatik proses üçün “ölüm hökmü” ilə eyniləşdirdiyi bildirilib.

 “Iran International”ın məlumatına görə, diplomatik heyət əvvəllər müəyyən edilmiş “qırmızı xətləri” pozduğuna görə də töhmət alıb.

Bundan əlavə, Hörmüz boğazı ətrafında vəziyyətin gərginləşməsi və qarşılıqlı ittihamlar fonunda 2 may tarixinə planlaşdırılan yeni danışıqlar nəticədə ləğv edilib.

Tehrandakı daxili siyasi ixtilaf əlavə təzyiq yaradır.

Mənbələrə görə, Xameneyi Vaşinqtonla danışıqların davam etdirilməsinə və dialoqun genişləndirilməsinə qarşıdır.

İran parlamenti onun mövqeyini “sərt və ölkənin təhlükəsizlik kursunu müəyyən edən” mövqe adlandırıb.

 Eyni zamanda, İran elitası daxilində danışıqlar tərəfdarı qüvvələrlə daha radikal qüvvələr arasında münaqişə güclənir.

 Medianın məlumatına görə, Parlament sədri Qalibaf ABŞ ilə razılaşmanın əleyhdarlarını tənqid edərək, ölkə daxilində siyasi böhranın daha da şiddətlənməsi təhlükəsi barədə xəbərdarlıq edib.

Bu fonda Ağ Ev çevik dialoq formatına hazır olduğunu bəyan edib və eyni zamanda danışıqlar prosesini gecikdirən əsas amillərdən biri kimi “İran rəhbərliyi daxilində daxili fikir ayrılıqlarını və qeyri-müəyyənliyi” göstərib./Azad İran

Həmçinin yoxlayın

Təbrizdə silahlı şəxs öldürüldü

GADTB: Aprelin 23-də Təbrizdə atəş açan silahlı şəxsi polis qüvvələri öldürüb. Bu barədə yerli media …

İran–ABŞ danışıqlarının yenidən başlanması ehtimal edilir

GADTB: “Reuters” agentliyi üç pakistanlı mənbəyə istinadən İran və ABŞ arasında sülh danışıqlarının yaxın zamanda …