Bazar ertəsi , Noyabr 16 2026
azfa

ABŞ daha bir təyyarədaşıyanı İrana doğru göndərir

GADTB: News Network kanalının Ağ Ev müxbiri Kelli Meyer bildirib ki, USS George H.W. Bush təyyarədaşıyan gəmisi İrana doğru hərəkətə başlayıb və yaxın iki gün ərzində bölgəyə çatacaq.

Meyerin sözlərinə görə, eyni zamanda USS Gerald R. Ford təyyarədaşıyan gəmisinin bölgəni tərk edib daha sonra yenidən geri qayıtması planlaşdırılır.

Jurnalist qeyd edib ki, ABŞ ordusu prezidentin əmri verəcəyi halda dərhal hərəkətə keçmək üçün tam hazırlıq vəziyyətindədir. Onun məlumatına görə, enerji infrastrukturu, hərbi-sənaye bazaları və dəniz obyektləri də daxil olmaqla əvvəlcədən müəyyən edilmiş hədəflər mövcuddur və Pentaqon hazırda “gözlə və gör” rejimindədir.

ABŞ prezidenti Donald Tramp isə “Epik Qəzəb” əməliyyatının uğurlu olduğunu bildirərək, İrana qarşı dəniz blokadasının davam edəcəyini vurğulayıb və İranın blokada səbəbindən gündə 500 milyon dollar itirdiyini deyib./ Azad İran

Həmçinin yoxlayın

Təbrizdə “Aşıqlar gecəsi” mərasimi: Aşıq sənətinin 40 tanınmış veteran sənətkarı təltif olunacaq

GADTB: Şərqi Azərbaycan Aşıqlar Mədəniyyət və İncəsənət Dərnəyi vilayətin Mədəniyyət və İslami İrşad Baş İdarəsi …

Azərbaycanın Traxtur komandası Asiyanın ən çox azarkeş toplayan ikinci komandası oldu

GADTB: Asiya Futbol Konfederasiyasının açıqlamasına görə, Azərbaycanın Traxtur komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin Əl-Vəhdə komandası …