Şənbə , Aprel 25 2026
azfa

Tehranda gecə partlayışda binalara və avtomobillərə ziyan dəyib

GADTB: Tehranda gecə törədilən partlayışda binalara və avtomobillərə ziyan dəyib.

Bu gecə Tehranın Xomeyni küçəsində yerləşən təhlükəsizlik məntəqəsinin yaxınlığında baş verən partlayışların avtomobil bombası deyil, iki ədəd əldəqayırma maye qaz bombası olduğu bildirilib.

Dövlətə bağlı Fars Xəbər Agentliyinin məlumatına görə, hadisə nəticəsində üç nəfər yüngül yaralanıb, bir neçə binaya və nəqliyyat vasitəsinə ziyan dəyib.

İranın dövlət televiziyası isə partlayışları təxribatçılar tərəfindən partladılmış “ev istehsalı səs cihazları” ilə əlaqələndirib.

Həmçinin yoxlayın

Təbrizdə silahlı şəxs öldürüldü

GADTB: Aprelin 23-də Təbrizdə atəş açan silahlı şəxsi polis qüvvələri öldürüb. Bu barədə yerli media …

İran–ABŞ danışıqlarının yenidən başlanması ehtimal edilir

GADTB: “Reuters” agentliyi üç pakistanlı mənbəyə istinadən İran və ABŞ arasında sülh danışıqlarının yaxın zamanda …