Cümə , Sentyabr 18 2026
azfa

Tramp: İranın neft quyuları “təbii partlayış” riski ilə üz-üzədir

GADTB xəbər verir ki, ABŞ prezidenti Donald Trump İranın neft quyularının saxlama imkanlarının dolmaq üzrə olması səbəbindən “təbii partlayış” riski ilə qarşılaşa biləcəyini bildirib.

Trampın sözlərinə görə, “yeraltı neft axını dayandıqda, mexaniki baxımdan demək olar ki, bütün hallarda bu vəziyyət partlayışla nəticələnə bilər və ətrafdakı hər şeyi məhv edə bilər”. O əlavə edib ki, hətta ən yaxşı halda belə, istehsal gücünün yalnız bir hissəsini bərpa etmək mümkün olacaq.

Sky News isə öz hesabatında qeyd edir ki, hasilatın dayanması lay təzyiqinin azalmasına və su ilə qazın yataqlara daxil olmasına səbəb ola bilər. Bu isə quyuların yenidən istismara verilməsini həm riskli, həm də bahalı edir.

Bundan əlavə, ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş rəsmilərindən biri İranın mövcud vəziyyətini “kritik” kimi qiymətləndirib.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …