
GADTB: Hazırlanacaq layihə sənədinin ABŞ-nin xüsusi elçisi Barak vasitəsilə Ağ Evə təqdim olunacağı gözlənilir.
Bu barədə İraqdakı mənbələrinə istinadən “Asharq Al-Awsat” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Devid Petreus təşkilatın ləğv edilməsi üçün real və effektiv tövsiyələr hazırlamaq məqsədilə iraqlı rəsmilərdən birbaşa məlumatlar toplayıb.
Təklif olunan planın əsas bəndləri aşağıdakılardır:
– Ağır və orta ölçülü silahların etibarlı bir təhlükəsizlik orqanına təhvil verilməsi.
– ABŞ və regiondakı müttəfiqlərinə qarşı hücumlarda əli olan şəxslərin kənarlaşdırılması və zərərsizləşdirilməsi.
İraqın Baş naziri əl-Zaidinin gələn ay Vaşinqtona planlaşdırılan mümkün səfəri zamanı Ağ Evdə Donald Tramp ilə silahlı qruplaşmalar məsələsini müzakirə edə biləcəyi qeyd olunur.
Həşd-Şəəbi İraqda SEPAH-a bağlı fəaliyyət göstərən şiə hərbiləşdirilmiş çətir təşkilatıdır./ Azad İran
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi