Çərşənbə , İyun 17 2026
azfa

Stiven Miller: “Sağ qalan İran liderlərinin qarşısında “iki seçim” var: müasir tarixdə görünməmiş bir razılaşma və ya cəza”

GADTB: Ağ Evin yüksək rütbəli rəsmisi Stiven Miller Fox News telekanalına müsahibəsində ABŞ Prezidenti Donald Trampın İranın yeni rəhbərliyinə qarşı qətiyyətli mövqeyini açıqlayıb.

 Millerin bəyanatlarının əsas məqamları bunlardır:

  İranın devrilmiş rejiminin yerini alan yeni rəhbərlik iki seçim qarşısındadır: ya ABŞ-ni qane edən sazişi qəbul etmək, ya da ABŞ ordusunun müasir tarixdə bənzəri görülməmiş ağır cəzası ilə üzləşmək.

 İran nüvə silahı əldə etmək cəhdinə görə artıq ən ağır bədəli ödəyib və tam hərbi məğlubiyyətə uğrayıb.

ABŞ-nin “İqtisadi Qəzəb” əməliyyatı nəticəsində İranın hərbi hava, hərbi dəniz qüvvələri, raket proqramı və müdafiə sənayesi infrastrukturu tamamilə məhv edilib.

 Donald Trampın dəniz blokadası qərarı göstərdi ki, ABŞ istənilən an İran rejimini tamamilə iflic edə bilər. Hazırda bütün üstünlüklər və qərar vermək gücü ABŞ-nin əlindədir.

 İran rejiminin qlobal müharibə aparmaq imkanları tamamilə sıfırlanıb və ölkə tarixinin ən zəif dövrünü yaşayır. Buna baxmayaraq, gələcəkdə ABŞ və ya dünya üçün hər hansı təhdid yaradacaq bir addım atılarsa, ABŞ ordusu dərhal cavab verməyə hazırdır.

Həmçinin yoxlayın

Güney Azərbaycanda vəkil öldürülüb

GADTB: Güney azərbaycandan olan vəkil Məcid Pejumanın cəsədi Qərbi Azərbaycan əyalətindəki Həsənlu bəndi ətrafında aşkar …

ABŞ-la İran arasında razılaşma BMT-də təsdiqlənəcək

GADTB: “Bloomberg” ABŞ və İran arasında müzakirə olunan 14 maddəlik anlaşma memorandumunun layihəsini dərc etdiyini …