Çərşənbə axşamı , İyul 14 2026
azfa

İranla razılıq əldə olunmasa, ABŞ-ın yenidən hücum edəcək

GADTB: ABŞ rəsmilərinin məlumatına görə, Donald Trump cümə günü milli təhlükəsizlik üzrə yüksək səviyyəli müşavirlərlə görüş keçirərək İrana qarşı mümkün yeni hücum variantlarını müzakirə edib.

Məlumata əsasən, danışıqlarda ciddi irəliləyiş əldə olunmasa, Tramp hərbi əməliyyat variantını ciddi şəkildə nəzərdən keçirir. Bununla belə, onun müharibəni yenidən başlatmaq barədə qəti qərar verdiyinə dair hələlik açıq əlamətin olmadığı qeyd olunur.

ABŞ rəsmilərindən biri danışıqları “çox ağır və yorucu” adlandıraraq bildirib ki, tərəflər arasında sənəd layihələri hər gün qarşılıqlı şəkildə dəyişdirilsə də, prosesdə ciddi nəticə əldə olunmur.

Bu arada İran Xarici İşlər Nazirliyi açıqlayıb ki, Tehran ilə Vaşinqton arasındakı fikir ayrılıqları o qədər dərindir ki, yaxın zamanda razılıq əldə olunacağını demək mümkün deyil.

Məlumata görə, Donald Tramp bu axşam Vaşinqtonda qalacağını və sabaha planlaşdırılmış oğlunun toy mərasiminə qatılmayacağını bildirib. O, qərarını İranla danışıqlarda yaranmış son vəziyyətlə əlaqələndirib.

Mənbələr xəbərdarlıq ediblər ki, yaxın günlərdə irəliləyiş əldə olunmasa, Tramp İranla bağlı “qəti addım” ata bilər.

ABŞ-ın yüksək rütbəli rəsmilərindən biri qeyd edib ki, danışıqlar “yorucu” xarakter daşıyır və tərəflər arasında davamlı layihə mübadiləsinə baxmayaraq, mühüm irəliləyiş yoxdur. ABŞ dövlət katibi Marco Rubio da prosesdə hələ çox məsələnin açıq qaldığını bildirib.

Eyni zamanda, Pakistan ordusunun komandanı Asim Munir Tehrana səfər edib. Bundan əlavə, Qatar danışıqların pozulmasının qarşısını almaq məqsədilə nümayəndə heyəti göndərib.

Trampa yaxın mənbələrin sözlərinə görə, ABŞ prezidentinin səbri tükənmək üzrədir və o, yaxın vaxtlarda daha sərt addım ata bilər. Bildirilir ki, mümkün hərbi əməliyyatın məqsədi Vaşinqtonun üstünlük qazandığını elan etməsi və qarşıdurmanı başa çatdırması ola bilər. Bununla yanaşı, yekun qərarın hələ verilmədiyi və qarşıdakı 24 saatın danışıqların taleyi baxımından həlledici olacağı vurğulanır.

Həmçinin yoxlayın

Azərbaycan Milli Hərəkatının fəalı Dariyuş Əndəlibian Qoşaçayda saxlanıldıqdan sonra, girov qarşılığında müvəqqəti sərbəst buraxılıb

GADTB: Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından biri olan Dariyuş Əndəlibian tir ayının 21-də, səhər saat …

Molla rejimin həbsdə saxladığı Araz Aman Zeynabad səhhətində yaranan ciddi problem səbəbindən xəstəxanaya köçürülüb

GADTB: Evin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Araz Aman Zeynabad dünən səhər saatlarında səhhətində yaranan …