Çərşənbə , Oktyabr 14 2026
azfa

Azərbaycanlı fəal Yusif Sələhşurun 1 illik həbs hökmü apellyasiya məhkəməsində qüvvədə saxlanılıb

GADTB: Şərqi Azərbaycan vilayətinin 26 saylı Apellyasiya Məhkəməsi azərbaycanlı türk fəal Yusif SəlƏhşur barəsində çıxarılmış hökmü dəyişdirmədən təsdiqləyib və qərar qəti qüvvəyə minib.

Qərara əsasən, Yusif Sələhşur “İran İslam Respublikasının quruluşu əleyhinə təbliğat aparmaq” ittihamı ilə 1 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, ona əlavə cəza kimi 2 il ölkədən çıxış qadağası və 2 il sosial media fəaliyyətinə məhdudiyyət tətbiq olunub.

Apellyasiya məhkəməsinin qərarında bildirilib ki, təhlükəsizlik qurumlarının hesabatları, iş materialları və aparılmış araşdırmalar əsasında onun sosial şəbəkələrdəki fəaliyyətləri qeyd olunan ittihamın tərkibi kimi qiymətləndirilib və birinci instansiya məhkəməsinin hökmünün ləğvi üçün əsas müəyyən edilməyib.

İş materiallarına görə, Yusif Sələhşurun işi 2021-ci ilin avqust ayında Təbrizdə keçirilmiş etiraz aksiyaları ilə əlaqələndirilir. O, həmin il avqustun 3-də təhlükəsizlik qüvvələri tərəfindən evində saxlanılmış, saxlanılma zamanı şəxsi əşyalarının bir hissəsi də götürülmüşdü.

Məlumata əsasən, o, Təbrizdəki təhlükəsizlik təcridxanasında və sonradan mərkəzi həbsxanada təxminən 20 gün saxlanıldıqdan sonra girov qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.

Qeyd edək ki, bu məlumatlar müxtəlif mənbələrdə dərc olunan xəbərlərə əsaslanır. İttihamlar və məhkəmə qərarları ilə bağlı tərəflərin mövqeləri və hüquqi qiymətləndirmələr fərqli ola bilər.

Həmçinin yoxlayın

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …

Azərbaycanlı şair və həkim Aqşın Ağkəmərli vəfat edib

GADTB: Bu gün səhər saatlarında Azərbyacn Respublikasında yaşayan Güney Azərbaycandan olan folklorşünas, tədqiqatçı və yazıçı …